Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” daha 3 futbolçu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzade ilə müqavilələrin müddəti başa çatıb.
Qeyd edək ki, “Şəfa” daha əvvəl qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla vidalaşıb.

