"Karvan-Yevlax" klubu İmani Barkerlə də vidalaşıb.
Prosport.Az xəbər verir ki, fransalı futbolçunun icarə müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, Barker Yevlax təmsilçisinin heyətində 24 oyun keçirib, 2 qola imza atıb.
13:44
"Karvan-Yevlax" daha 2 legioneri ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, Moiz Nqvisani və Olavale Doyeni ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Hər iki futbolçu 2025-ci ilin yayında komandaya transfer olunmuşdu.
Qeyd edək ki, "Karvan-Yevlax" geridə qalan mövsümdə sonuncu pilləni tutaraq Premyer Liqanı tərk edib.

