Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığmasına 2-ci yoxlama oyununda da uduzub.
Prosport.Az xəbər verir ki, görüş bu gün Qəbələ şəhər stadionunda baş tutub.
Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.

