"Zirə"nin futbolçusu Ərən Aydın da evlənib.
Prosport.Az-ın xəbərinə görə, komandanın braziliyalı mərkəz müdafiəçisi Ruan Renatonun ardından türkiyəli hücumçu da subaylığın daşını atıb.
O, Elanur Erpik adlı xanımla ailə həyatı qurub. Toy Türkiyədə baş tutub.
Qeyd edək ki, Ərən Aydının yaxınlarda "Zirə" ilə yeni 3 illik müqavilə bağladığını yazmışdıq.

