“Sabah”ın futbolçusu Xəyal Əliyev Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb.
Prosport.Az xəbər verir ki, Macarıstanın Sombathey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə zədələnən yarımmüdafiəçi müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.
Qeyd edək ki, Azərbaycan – Malta görüşü rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

