AFFA-ya yeni koordinator gətirilir.
Prosprot.Az sportinfo.az-a istinadən xəbər verir ki, uşaq futbolu ilə sahəyə cavabdehlik əcnəbiyə tapşırılıb. Həmin xarici ingiltərəlidir. Böyük Britaniyadan olan koordinator UEFA-nın məsləhəti ilə Azərbaycanda işləməyə razılıq verib.
O, U-14-ə qədər olan komandaların formalaşdırılması prosesinə nəzarət edəcək.
Seleksiya prosesi yalnız uşaq və yeniyetimələrin seçimi ilə məhdudlaşmayacaq. İngiltərəli aşağı yaş qrupları üzrə yığmaların məşqçilərinin müəyyənləşdirilməsində də söz sahibi olacaq.
Mütəxəssis A-dan Z-yə qədər nə məsələ varsa, hamısında iştirak edəcək. Görülən işlərin hesabatı ilə yalnız AFFA maraqlanmayacaq, eyni zamanda, UEFA-ya göndəriləcək.

