"Şəfa” növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, komanda qapıçı Nicat Mehbalıyevi heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.
Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Azərbaycan Premyer Liqasının və kubokunun qalibi olub.
25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da şərəfini qoruyub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.

