Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün 2-ci yoxlama oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Görüş "Sav" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.

