Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.
Prosport.Az xəbər verir ki, Ruy Jorjun rəhbərlik etdiyi komanda Pakistan yığması ilə üz-üzə gələcək.
Bu, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında U-20-nin ilk matçı olacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 17:30-da başlayacaq.

