Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar"ın yeni baş məşqçisinin adı rəsmiləşib.
Prosport.Az xəbər verir ki, klub Fizuli Məmmədovla razılığa gəlib.
Onunla klubun yeni prezidenti, ISFA şirkətinin direktoru Samir Xeyirbəyovla 1+1 illik müqavilə imzalanıb. Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaq.
Qeyd edək ki, Fizuli Məmmədov bundan əvvəl Premyer Liqada "Karvan-Yevlax"ın baş məşqçisi olub.

