Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yenidən legioner həyatı yaşayacağam" – Cəlal Hüseynov
    8.06.2026 21:55:26

    Azərbaycan milli komandası sabah San-Marinoya qarşı yoldaşlıq oyunu keçirəcək.

    Prosport.Az xəbər verir ki, millinin futbolçusu Cəlal Hüseynov matçdan öncə jurnalistlərin suallarını cavablandırdı:

    – Mövsümün bitməsindən sonra belə toplanışa gəldik. Düzdür, futbolçular üçün bir az çətin olur, amma toplanışda yaxşı aura var. Məqsədimiz Millətlər Liqasına hazırlaşmaq idi. Məncə, yaxşı toplanış oldu. Son oyunda qələbə qazanıb, Millətlər Liqasına yaxşı hazırlaşmaq istəyirik.

    – İlk cümlədə dediniz ki, çətin oldu. Nədir çətin olan? Bu, sizin işinizdir…
    – Düzdür, nə vaxt olursa olsun, toplanışa hazır olmalıyıq. Millidə bəhanələrə yer yoxdur. Demək istədiyim odur ki, mövsüm bitib, bəzi futbolçular artıq istirahətdədir, amma sən burdasan. Bunu nəzərdə tuturdum. Amma bura millidir, nəyisə bəhanə etmək olmaz. Sona qədər əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

    – “Arda” klubunda son oyunlarda qollar vurur, hücumda iştirak edirdiniz. Sabah rəqib San-Marinodur. Düşünmək olar ki, onlar müdafiəyə çox diqqət edəcək. Onlara qol vurmağı, hücumda iştirakı düşünürsünüz?
    – San-Marino reytinqdə bizdən aşağıda olsa da, yaxşı komandadır. Onları təhlil etmişik, qapanan rəqibdir və çətin olacaq. Çalışacağıq ki, ən yaxşısını edək. Əlbəttə, qol vursam, daha yaxşı olar. Amma yenə deyirəm, vacib olan millinin qələbəsidir. Buna ehtiyacımız var.

    – Karyeranızla bağlı planlarınız nədir? Azərbaycana qayıtmaq istəyirsiniz?
    – Hazırda klubsuzam. Çünki “Arda” ilə yollarımızı ayırmışıq. Azərbaycana qayıtmağı düşünmürəm, legioner həyatı yaşayacağam. Danışıqlar gedir, yəqin ayın ortalarına kimi klubum məlum olar. Tələsmək istəmirəm.

    – Özünüzü daha çox mərkəz müdafiəçisi kimi görürsünüz, yoxsa dayaq yarımmüdafiəçisi?
    – 5-li müdafiənin hər tərəfində oynaya bilərəm. Məncə, yarımmüdafiəçi kimi də pis çıxış etmirəm. Əsas mövqeyim mərkəz müdafiəçisidir. Baş məşqçi qərar versə ki, yarımmüdafiədə oynayım, rahatlıqla bunu icra edərəm.

    Futbol

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01
    Futbol

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32
    Akademiya

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50
    Futbol

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33
    Futbol

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51
    Futbol

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved