Belarusun "BATE" klubu UEFA Konfrans Liqasının təsnifat mərhələsindəki ev oyunlarını Azərbaycanda keçirəcək.
Prosport.Az xəbər verir ki, Borisov təmsilçisi ev matçları üçün UEFA-ya Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu sifariş edib.
UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Bu mərhələnin oyunları isə iyulun 9-u və 16-da baş tutacaq. "BATE" püşkatmada səpələnmiş komandalar səbətində yer alacaq.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında davam edən müharibə səbəbindən UEFA Belarus klublarının avrokubok matçlarını öz ölkələrində keçirməsinə icazə vermir. Bu səbəbdən "BATE" ev oyunlarını neytral meydanda oynamağa məcburdur.

