Belçikalı hücumçu Divok Origi karyerasını başa vurduğunu açıqlayıb.
Prosport.Az xəbər verir ki, təcrübəli forvard bununla bağlı qərarını ictimaiyyətə açıqlayaraq 31 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Divok Origi karyerası ərzində "Genk", "Lill", "Liverpul", "Volfsburq", "Nottingem Forest" və "Milan" klublarının formasını geyinib.
O, həmçinin Belçika milli komandasının heyətində heyətində keçirdiyi 32 rəsmi oyunda 3 qol vurub. Divok Origi xüsusilə "Liverpul"dakı çıxışı ilə azarkeşlərin yaddaşında qalıb.

