Bir ara "Neftçi"nin əsas komandasını çalışdırmış Sənan Qurbanov ölkə xaricindən təklif alıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, vaxtilə "Qəbələ" və "Keşlə" ilə ölkə Kubokunu qazanmış mütəxəssisə növbəti dəvət Qırğızıstandan gəlib.
Orta Asiya respublikasının aparıcı klublarından biri onunla danışıqlara başlayıb. Tərəflər arasında maliyyə şərtlərində razılıq əldə olunsa, o, 1 illik müqaviləyə imza atacaq.
Sənan Qurbanov 2023-cü ildən "Neftçi"də çalışır. Adrian Mutu, Miodraq Bojoviç və Roman Qriqorçukun köməkçisi kimi əsas komandada işləyib. Ukraynalının gedişindən sonra "ağ-qaralar"ı 3 oyuna çıxarıb. Bu ilin yanvarından isə Akademiyanın koordinatoru vəzifəsindədir.

