Füzuli Məmmədovla yollarını ayıran "Karvan-Yevlax"da yeni baş məşqçinin adına aydınlıq gəlib.
Prosport.Az "sportinfo"ya istinadən xəbər verir ki, Yevlax təmsilçisinin sükanı arxasına Elhad Nəziri keçəcək.
Elitanı tərk edən klub 33 yaşlı mütəxəssislə danışıqları uğurla yekunlaşdırıb və tərəflər bütün detallarda razılığa gəlib.
Elhad Nəziri son olaraq "Səbail"də məşqçi kimi fəaliyyət göstərib. O, daha əvvəl isə "Cəbrayıl"ın baş məşqçisi olub. Gənc mütəxəssis "Cəbrayıl"la AFFA Region Liqasının qalibi adını qazanıb, həmçinin komandanı II Liqanın gümüş medallarına daşıyıb.

