Əlcəzair Futbol Federasiyası milli komandanın baş məşqçisi Vladimir Petkoviç ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, yeni sözləşməyə əsasən, Petkoviç 31 iyul 2028-ci ilə qədər Əlcəzair millisini çalışdıracaq.
Təcrübəli mütəxəssis komandaya 29 fevral 2024-cü ildə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında Əlcəzair millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanaraq 2014-cü ildən sonra ilk dəfə mundialda iştirak hüququ əldə edib.
Qeyd edək ki, Əlcəzair yığması dünya çempionatının J qrupunda İordaniya, Avstriya və Argentina ilə mübarizə aparacaq.

