"Qarabağ" braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun təmsil olunduğu agentlik məlumat yayıb.
Agentlik sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib:
"Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın önəmli oyunçularından biri olan Bikalyo, xüsusilə 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında Azərbaycan klubu üçün yüksək səviyyəli çıxışı ilə diqqət çəkib. Yeni mərhələdə ona uğurlar arzulayırıq".
Qeyd edək ki, Pedro Bikalyo son mövsümlərdə "Qarabağ"ın əsas heyət üzvlərindən biri olub və həm ölkə çempionatında, həm də avrokuboklarda komandanın uğurlarında mühüm rol oynayıb.

