“Araz-Naxçıvan”dan ayrılan Coşqun Diniyevə təkliflər var.
Prosport.Az futbolpress.az-a istinadən xəbər verir ki, "Zirə" yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Premyer Liqa təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov 2021-2023-cü illərdə komandada top qovan futbolçunu yenidən sərəncamında görmək istəyir.
Diniyevə Türkiyə I Liqasından da maraq var, lakin hələlik rəsmi müraciət yoxdur.
Qeyd edək ki, Coşqun Diniyev başa çatan mövsümdə "Araz-Naxçıvan"la 25 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

