Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Prosport.Az xəbər verir ki, Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.
Buna futbolçuların Malta ilə yoldaşlıq görüşü zamanı (0:2) bir-biriləri ilə dalaşmaları səbəb olub.

