“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib.
Prosport.Az xəbər verir ki, 61 yaşlı funksioner bu gün dünyasını dəyişib. Sadıqovun ölüm səbəbi hələlik bilinmir.
O, 2009-2015-ci illərdə “Neftçi” futbol klubunun prezidenti olub. Klub onun dövründə 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə Azərbaycan Kubokunun qalibi olub.
Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsini icra edirdi.

