Rusiyanın “Ural” klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, bu barədə Ekaterinburq təmsilçisinin prezidenti Qriqori İvanov RB Sport-a açıqlamasında deyib.
Qeyd edək ki, 2024/25 mövsümündə “Sabah”ı çalışdıran və kluba tarixində ilk dəfə ölkə kubokunu qazandıran Berezutski daha sonra “Ural”a baş məşqçi təyin edilmişdi. Yekaterinburq təmsilçisi Rusiya I Liqasını 3-cü sırada bitirib və elitaya vəsiqə qazana bilməyib.

