Mövsüm bitdikdən sonra “Şamaxı”dan “Neftçi”yə keçən Azərbaycan yığmasının üzvü Rüfət Abbasov karyerasını Belçikada davam etdirə bilərmiş.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, o, bu ölkənin əsas liqasına cari mövsümdə vəsiqə qazanan “La Lyuver” klubundan təklif alıb. Belə ki, onlar yığmamızın müdafiəçisinə təklif göndərib. Lakin Abbasov “Neftçi” ilə danışıqlar apardığı üçün bu təklifdən imtina edib. O, Bakı klubunda oynamaq istədiyini qarşı tərəfə bildirib.
Qeyd edək ki, 21 yaşlı futbolçu “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

