"Turan Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama milli komandası daha bir yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Panama millisi Dominikan Respublikası ilə qarşılaşıb.
Matç panamalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Miller oyuna əsas heyətdə çıxıb və fasilədən sonra əvəzlənib.
Panamanın növbəti yoldaşlıq oyunu iyunun 6-da Bosniya və Herseqovina yığmasına qarşı olacaq.
Qeyd edək ki, Panama millisi DÇ-2026-da İngiltərə, Xorvatiya və Qana ilə birlikdə L qrupunda yer alıb. Mundiala iyunun 11-də start veriləcək.

