"Turan Tovuz"un UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanan Tovuz klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq.
Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək.

