“Sabah”ın futbolçusu Aaron Maluda daha bir tanınmış klubun diqqətini çəkib.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, 20 yaşlı vinger “Dinamo”nun (Zaqreb) transfer siyahısındadır.
Maluda məhz “Sabah”dakı performansı ilə xorvatların siyahısına düşüb. “Dinamo” onu yeni mövsümdə də daimi izləyəcək, qışda və ya mövsümün sonunda isə hərəkətə keçəcək.
Qeyd edək ki, “Sabah” Aaron Maludanı “Lill”dən transfer edib. Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2029-cu il dekabrın 31-nə qədərdir.

