UEFA "Turan Tovuz" klubu ilə bağlı qərarını açıqlayıb.
Prosport.Az xəbər verir ki, bununla bağlı Avropa futbol qurumunun müvafiq bölməsində məlumat yerləşdirilib.
"Azərbaycan klubu 2026/2027 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.
2 iyun 2026-cı il tarixində UEFA Apellyasiya Orqanının (UEFA Appeals Body) sədri aşağıdakı qərarı qəbul edib:
UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə "Turan Tovuz" 2026/2027 mövsümündə turnirdə iştirak etmək hüququndan məhrum edilib", - deyə bildirilib.

