Saşa İliçlə yollarını ayıran "Sumqayıt"ın yeni baş məşqçisi də əcnəbi olacaq.
Prosport.Az xəbər verir ki, klubun prezidenti Riad Rəfiyev 10 gündən artıqdır sırf bu məsələ ilə məşğuldur.
Onun danışıqlar apardığı mütəxəssislər əsasən Portuqaliyadan olanlardır. Rəfiyev bu ölkənin I və II Liqalarında təcrübə toplamış çalışdırıcılardan biriylə anlaşmaqda maraqlıdır.
Əlbəttə, növbəti günlərdə başqa ideal variantlar ortaya çıxmasa. Necə deyərlər, hər şey şərtlər və şəraitdən asılıdır.
"Kimyaçılar" başa çatan mövsümü uğurlu keçirə bilməyib. Ölkə kubokuyla 1/8 final mərhələsində vidalaşan "gənclik şəhəri" təmsilçisi Premyer Liqada 7-ci yeri tutub.

