Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev Region Liqası təmsilçisi "Ağsu Siti" ilə müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Elazığspor" (Türkiyə), "Sumqayıt", "Sabah", "Keşlə", "Kəpəz", II Liqada "Haypers Quba", "Şəki Siti" və son olaraq Region Liqasının qalibi olmuş "Zəngəzur" kimi klubun formasını geyinib.
Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan millisinin heyətində 11 oyun keçirib və 1 qol vurub. "Ağsu Siti" daha əvvəl Elgün Abbaslı, Ruslan Poladov, Mehman Süleymanlı, Haqverdi Həsənov və nigeriyalı Mark Uqoçukvonu da heyətinə qatıb.

