Almaniyanın məşhur "Transfermarkt" portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.
Prosport.Az xəbər verir ki, Almaniyanın "Kayzerslautern" klubunun formasını geyinən futbolçunun dəyəri 100 min avro azalıb.
Forvardın hazırkı transfer qiyməti 600 min avro təşkil edir.
Qeyd edək ki, Mahir Emrelinin "Kayzerslautern"dən ayrılacağı gözlənilir. Futbolçu bu mövsüm 2-ci Bundesliqa və Almaniya Kuboku olmaqla, cəmi 13 matçda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

