Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Turan Tovuz" məsələsində günahkar AFFA-dır: 2019-cu ildəki ərizə üzə çıxarılmalıdır
    2.06.2026 09:52:24

    "Turan Tovuz"la bağlı məsələ futbol ictimaiyyətinin gündəmini zəbt edib.

    Prosport.Az məsələni araşdırmaq qərarına gəlib.

    Əvvəla, onu bildirək ki, "Turan Tovuz"un I Liqada olarkən 2019-cu ilin dekabrın 13-də 7 futbolçusunun danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılmasına dair AFFA İntizam Komitəsinin qərarından başqa, əlimizdə başqa hüquqi sənəd yoxdur. UEFA-nın "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasına dair nə 2019-cu ildə, nə də bizim üçün koronaviruslu və müharibəli keçmiş 2020-ci ildə müvafiq qərarı rəsmi formada mövcud deyil.

    Sadəcə, presedentə görə, futbolçularının danışılmış oyunlarda iştirakı sübuta yetirilmiş klublar 10 il müddətinə avrokuboklardan kənarda qalır. 2019/2020 mövsümü üçün danışılmış oyunlar müəyyən edildiyindən, Tovuz təmsilçisi bir də 2029/2030 mövsümündə avrokuboklarda çıxış edə bilər. Təbii ki, bu cəzanın hüquqi və əsaslandırılmış formada vaxtından erkən azaldılması da mümkündür. Ancaq bununla klub və ya "Huner Group"un hüquqşünasları məşğul olacaq.

    Bizim işimiz isə məsələyə əlimiz çatan şəxslərə tribuna verməklə aydınlıq salmaqdır. Bunun üçün AFFA tərəfinin bu məsələyə cavabdeh olan şəxslərindən fikir öyrənməyə çalışdıq.

    İlk olaraq AFFA baş katibinin müavini Elçin Məmmədovla əlaqə saxladıq. O, 2019-cu ildə UEFA-da işlədiyini, həmin vaxt AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri vəzifəsindən ayrıldığını açıqlayaraq məsuliyyəti boynundan atdı.

    O daha sonra ümumiyyətlə lisenziyalaşdırma sahəsində fəaliyyət göstərmədiyini bildirərək AFFA-nın İctimaiyyətlə Əlaqələr üzrə Departamentinin rəhbəri Murad Axundovla əlaqə saxlamalı olduğumuzu məsləhət bildi. Onda xatırladaq ki, Elçin Məmmədov apreldə UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib. UEFA-da Klubların Lisenziyalaşdırma Komitəsinin üzvü olasan, sualdan yayınasan. Suallarımıza cavab verəcək əsas şəxs də məhz Məmmədov idi.

    Daha sonra AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli ilə əlaqə saxladıq. Onun da sözünün əsas qayəsi təxminən belə oldu: "Turan Tovuz"la bərabər 9 Premyer Liqa klubuna UEFA yarışlarında iştirak edə bilmək üçün lisenziya verilib. 8 may tarixində biz bu barədə qərar qəbul etmişik. Ondan sonrakı UEFA qərarından xəbərim yoxdur. Bizdə belə məlumat mövcud deyil".

    2019-cu ildə klubun Müşahidə Şurasının sədri, yəni rəhbəri Oqtay Abdullayev olub. Hazırda "Turan Tovuz"da İdarə Heyətinin üzvü olan O.Abdullayevin sözlərinə görə, o həmin mövsüm AFFA-ya bir neçə dəfə komandasının danışılmış oyunlarda iştirakından şübhələndiyinə dair məktub yazıb:

    "2019-cu ildə AFFA İntizam Komitəsinin qərarı olanda bizim 10 illik avrokubok cəzası aldığımıza dair heç nə deyilməyib. Əgər o vaxt mən də danışılmış oyunlarda iştirak etsəydim, "Ağsu"nun rəhbəri (icraçı direktor Rəşad Kərimovu nəzərdə tutur – red.) kimi ömürlük futboldan uzaqlaşdırılardım. 2017, 2018, 2019-cu illərdə şübhələndiyim oyunlarla bağlı yazılı müraciətlərim olub. Amma həmin ərizələri tapıb çıxarmırlar. Seymur Səlimliyə də demişəm ki, həmin məktubları üzə çıxarsınlar. Deyir ki, arxivə yaz, sənə verəcəklər. Deyəsən, 2017 və 2018-ci ildə yazdığım ərizələr klub rəhbərliyinə verilib, 2019-cu ildəkindən başqa.

    O vaxt klubda işləyən Nadir Nəbiyev də şahiddir. Futbolçulara deyirdik ki, getməyin oyun alqı-satqısına, sizə kim pul söz verirsə, bizə deyin, bu işə getsəniz, əvvəl-axır tutulacaqsınız.

    Bir dəfə mənim özümü Tovuz şəhər prokurorluğuna çağırmışdılar. Orada mənə bir polkovnik deyir ki, bəlkə sən futbolçulara şər atırsan. Mən də əsəbləşdim. Deyirəm ki, AFFA-ya müraciət edən mənəm, futbolçuların əvəzinə məni prokurorluğa çağırırsınız? Sonra deyir ki, zarafat edirik. Daha sonra Elxan Məmmədova dedim ki, ərizəni mən yazıram, prokurorluğa da mən çağırılıram. Nəyə görə?

    Mənim şübhələndiyim bir oyunçu olub, qəsdən penalti edib. Daha sonra onu qovdum, keçdi "Ağsu"ya. Sonra "Ağsu"nun bütün futbolçuları ömürlük cəzalandırılanda, bizdən 1 oyunçunun adını çəkib. Həmin 1 oyunçu da şəmkirli idi, "Banditizm"də 7 futbolçunun bu işdə əli olduğunu bildirmişdi. 6 futbolçuya "povestka" gəldi, qapıçımıza gəlmədi. "Povestka" gəlməyən qapıçımız da izahat verməyə getmədi deyə, adı o siyahıdan çıxdı. Ancaq heç bir məhkəmə qərarı olmadan bu 7 oyunçunu ömürlük futboldan sildilər. Sadəcə, AFFA-nın qərarı olub. İddia etmirəm ki, onların günahı olmayıb. Amma mən bu futbolçulardan şikayət etməmişdim.

    Mən yalnız ona pis oluram ki, Ehtiram Quliyev cavan oğlandır, öz cibinin pulunu xərcləyir. Niyə onu belə pisikdirirsiniz? Onun nə təqsiri var? Həmin vaxt komandada olub? Komandanın rəhbəri onda mən olmuşam. Mənim də bu işdə əlim olsaydı, yerli-dibli futboldan silinərdim. Əksinə, mən və Nadir Nəbiyev tez-tez uşaqları çağırıb, belə şeylərə getməməyə çağırırdıq.

    Kim bu məsələni qaldırıbsa, onun Allah bəlasını versin. Ən azından AFFA bizə deməliydi ki, sizin belə cəzanız var. Bizə lisenziya da verilib. Deməli, komanda ilə şəxsi qərəzlik var da. Heç kim deməyib ki, Ehtiram müəllim, sənin komandan 3 il oynaya bilməz. 7 il üstündən keçib, indi ayılıblar. AFFA özü UEFA-ya çıxıb sübut etməlidir ki, bu komandanın günahı yoxdur".

    Göründüyü kimi, "Turan Tovuz" tərəfi hazırda 2019-cu ildə klub rəhbərliyi tərəfindən AFFA-ya yazılmış məlum ərizələri sübut kimi ortaya qoymağa çalışır. AFFA isə nədənsə bunları üzə çıxarmır. Hərçənd, Oqtay Abdullayev ömürlük futboldan uzaqlaşdırılmış 7 futbolçudan (Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadə) şikayət etmədiyini də deyir.

    "Turan Tovuz" tərəfinin bu məktubları dəlil kimi üzə çıxarmaq cəhdini isə anlamaq olar. Çünki "Turan Tovuz" rəhbərliyinin bu futbolçuların cəzalandırılmasında istəyinin olduğu sübuta yetirilsə, o zaman cəza götürülə bilər. Buna dair ölkə futbolunda 2 presedent də var:

    1. 2017-ci ildə "Keşlə"nin (indiki "Şamaxı") rəhbəri Zaur Axundovun müraciətinə əsasən Nizami Hacıyev və Mirhüseyn Seyidovun "Neftçi" ilə matçda danışılmış oyunda iştirakı sübuta yetirilib. Həmin ilin dekabrın 1-də AFFA İntizam Komitəsi hər iki futbolçunu ömürlük futboldan uzaqlaşdırıb. "Keşlə" isə avrokuboklarda iştirak edə bilib.

    2. Ötən ilin yanvarın 30-da isə "Şamaxı"nın kapitanı Adil Nağıyev eyni cəza ilə üzləşib. "Şamaxı"nın hüquqşünas rəhbəri Elçin Usubov bunda maraqlı tərəf olduğundan, klubu bundan sonrakı avrokubok yarışında hər hansı cəza gözləmir. Yeri gəlmişkən, mayın 8-də AFFA-nın Lisenziya Komissiyası "Şamaxı"ya da UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verildiyini açıqlayıb.

    Göründüyü kimi, UEFA-nın məlum qərarı yoxdur. AFFA İntizam Komitəsi də 7 il əvvəl verdiyi qərarda "Turan Tovuz"a avrokuboklar qadağası qoyulduğuna dair qeyd etməyib. Nə də o vaxt kluba bu barədə şifahi formada da olsa məlumat verilməyib. Son avrokubok lisenziyasının verilməsini də ötən ay AFFA-nın özü açıqlayıb. Deməli, AFFA hazırda bu məsələdə günahkar olan yeganə qurumdur. Məhz bu günahı yumaq da AFFA-nın öz üzərinə düşür.

    Səbuhi Musa

    Futbol

    "Karvan-Yevlax"dan ayrılan futbolçu "Makkabi"də

    4.06.2026 11:32:43
    Futbol

    "Şamaxı" braziliyalı müdafiəçini də göndərdi

    4.06.2026 11:03:36
    Futbol

    Legioner futbolçu "Qarabağ"la vidalaşdı: "Mənim üçün böyük şərəf idi"

    4.06.2026 10:56:43
    Futbol

    Sxadadze istəmədi, "Şəfa"ya keçdi

    4.06.2026 10:30:53
    Futbol

    Avropa çempionatı: Millimiz final oyununa çıxır

    4.06.2026 10:03:36
    Futbol

    Minifutbol millimiz Avropa çempionatının finalında

    3.06.2026 23:54:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı keçmiş idmançı 3 övladı ilə birlikdə oğurlandı

    4.06.2026 11:57:37

    "Karvan-Yevlax"dan ayrılan futbolçu "Makkabi"də

    4.06.2026 11:32:43

    "Şamaxı" braziliyalı müdafiəçini də göndərdi

    4.06.2026 11:03:36

    Legioner futbolçu "Qarabağ"la vidalaşdı: "Mənim üçün böyük şərəf idi"

    4.06.2026 10:56:43

    Sxadadze istəmədi, "Şəfa"ya keçdi

    4.06.2026 10:30:53

    Avropa çempionatı: Millimiz final oyununa çıxır

    4.06.2026 10:03:36

    Minifutbol millimiz Avropa çempionatının finalında

    3.06.2026 23:54:38

    "Zirə" daha 2 futbolçu ilə bağlı qərar verdi

    3.06.2026 23:13:32

    Millimizin dünya çempionatındakı ilk rəqibləri bilindi

    3.06.2026 22:50:50

    Minifutbol yığmamız finala çıxsa, bu komanda ilə qarşılaşacaq

    3.06.2026 22:21:45

    Elmar Baxşıyev Premyer Liqa klubunda

    3.06.2026 21:59:26

    Millimiz Dünya Kubokunun pley-in mərhələsində – YENİLƏNİB

    3.06.2026 21:28:44

    Türkiyə millisinin DÇ-2026 matç cədvəli

    3.06.2026 20:29:06

    "Neftçi"nin sabiq üzvü Azərbaycandan ayrılmaq istəmir

    3.06.2026 20:24:07

    Xorvatlar azərbaycanlı futbolçunu bu qiymətə satacaq

    3.06.2026 20:15:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved