ABŞ-də legioner həyatı yaşayan Nəriman Axundzadə okeanın o tərəfində xüsusi münasibət görüb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, gənc hücumçuya təkcə orada yaşayan həmvətənlərimiz sahib çıxmayıb.
Həm də Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim sabiq "Qarabağ"lıya ilk günlərdə diqqət göstərib. Belə ki, səfir şəxsən 21 yaşlı futbolçuya zəng edib.
Telefon əlaqəsi zamanı onun əhvalını soruşub, nəyəsə ehtiyacı olarsa dəstək göstərməyə hazır olduğunu bildirib.
Səmimi danışıqda Xəzər İbrahim onun ABŞ-də futbol həyatına davam etməsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayından MLS təmsilçisi "Kolambus Kryu"nun şərəfini qoruyur. O, burada keçirdiyi 9 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

