"Şamaxı" daha bir futbolçu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, Bilal İsmayılovun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, bununla da "Şamaxı"nın son bir həftədə göndərdiyi futbolçuların sayı 14-ə çatıb. Daha əvvəl Rüfət Abbasov, Karim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tırkovyanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev və Nihat Mehralıyev ilə əməkdaşlığa son qoyulub.

