Milli komandamızın müdafiəçisi Zamiq Əliyev Albaniya çempionu olub.
Prosport.Az xəbər verir ki, onun formasını geydiyi “Eqnatiya” sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gələrək qızıl medalı rəsmiləşdirib.
Əliyev bu görüşdə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.
Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü mövsüm çempion olur. Zamiq Əliyev onlardan son 2-də komandada olub.

