"Zirə" 5 futbolçu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, Ceyhun Nuriyev, Fil Dişi Sahilindən olan Stefan Aka, ukraynalı Eldar Quliyev, almaniyalı Leroy-Jak Mikelslə müqavilənin müddəti başa çatıb.
Həmçinin, Xorvatiyanın "Varajdin" klubundan heyətə cəlb olunmuş Rüfət Abdullazadə ilə icarə müqaviləsinin müddəti bitib.
Qeyd edək ki, "Zirə"nin "Turan Tovuz"un yerinə UEFA Konfrans Liqasında iştirak etmək hüququ yaranıb.

