“Sabah” FK Cesse Sekidika ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, nigeriyalı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, klubun heyətində Azərbaycan çempionu, 2 dəfə isə ölkə Kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, Portuqaliyada "Benfika"nın yetirməsi olmuş, 2020-2022-ci illərdə "Qalatasaray"da çıxış etmiş Cesse Sekidika 2023-cü ildə "Sabah"a Türkiyənin I Liqa təmsilçisi "Eyüpspor"dan gəlmişdi.

