Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölgə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ilin yanvar ayından “Şamaxı”da çıxış edirdi.

