Mövsüm başa çatar-çatmaz “Şamaxı” ilə yollarını ayıran Karim Rossi karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, isveçrəli hücumçu Premyer Liqa klublarının diqqət mərkəzindədir.
32 yaşlı forvardın xidmətində ən çox maraqlı olan klub isə “Qarabağ”dır. Ağdam təmsilçisi hələ mövsümün gedişindən Rossinin çıxışı izləyir. Hazırda sərbəst futbolçu statusu daşıyan hücumçu növbəti mövsümü məhz “Qarabağ”ın heyətində keçirə bilər.
Qeyd edək ki, Karim Rossi geridə qalan mövsüm ölkə çempionatında keçirdiyi 31 oyunda 10 qol vurub. “Zirə” onunla maraqlansa da, tərəflər anlaşa bilməyiblər.

