UEFA Avropa Liqasının II təsnifat mərhələsində səbətlərin tərkibi bəlli olub.
Prosport.Az xəbər verir ki,I raundun səpələnməmişlər səbətindəki komandaları "Ferensvaroş" və ya “Qarabağ”la üz-üzə gəlsələr, II təsnifat mərhələsində həmin komandalarla birlikdə səpələnmişlər səbətində yer alacaqlar.
I təsnifat mərhələsində digər bütün səpələnməmiş komandalar isə növbəti raundda da səpələnməmişlər siyahısında qalacaqlar. Bu isə o deməkdir ki, “Qarabağ” mərhələ adlayacağı halda səpələnməmişlər səbətindən “Şerif”, “Dinamo” (Kiyev), “Beşiktaş”, “Tvente”, “Hayduk” “Tromsö”, “Sankt Qallen”, MOİK (Sofiya) və “Hammarbi” klublarından biri ilə üz-üzə gələ bilər.

