"Şamaxı" daha bir futbolçusu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi Rafael Məhərrəmli ilə vidalaşıb.
26 yaşlı sağ cinah müdafiəçisinin klubla müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tırkovyanu və Arsen Ağcabəyovla yollarını ayırıb.

