"Kəpəz" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi kapitanı Əli Səmədovla müqaviləni yeniləyib. 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb.
Əli Səmədov son mövsümdə 19 oyun keçirib.
Xatırladaq ki, "Kəpəz" bunadək Dioqo Verdaşka və Rəhman Hacıyevlə də müqavilə müddətini uzadıb.

