“Qarabağ”ın 2 legioneri ölkələrinin milli komandalarına dəvət alıblar.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro millisinin heyətinə cəlb olunub.
Qapıçı Mateuş Koxalski isə Polşa yığma komandasına çağırılıb.
Hər iki futbolçu milli komandalarının qarşıdakı oyunları üçün hazırlıq prosesində iştirak edəcək.

