"Karvan-Yevlax" klubu baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssislə müqavilə müddəti başa çatdığı üçün əməkdaşlığa son qoyulub.
Qeyd edək ki, Füzuli Məmmədov bu il yanvarın 26-da "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunmuşdu. Premyer Liqanı tərk edən komanda növbəti mövsüm I Liqada çıxış edəcək.

