"Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının 2025/26 mövsümünün ən sürətli futbolçuları sırasına daxil olub.
Prosport.Az xəbər verir ki, oyunlarda futbolçuların göstərdiyi maksimal sürətə əsaslanan reytinqində azərbaycanlı futbolçu 7-ci yeri tutub.
Mustafazadə saatda 36,51 km sürət yığa bilib. O, bu göstəricidə "Arsenal"ın hücumçusu Qabriel Martinellini (36,4 km/saat), "Nyukasl"ın forvardı Entoni Qordonu (36,4 km/saat) və "Liverpul"un müdafiəçisi Ceremi Frimponqu (36,3 km/saat) qabaqlayıb.

