"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçiləri pley-off matçında üz-üzə gəliblər.
"SOCAR Polymer Arena"da keçirilən görüşdə Kaxaber Sxadadzenin baş məşqçisi olduğu kollektiv 2:0 hesablı qələbəyə sevinib. 36-cı dəqiqədə "Mingəçevir"in futbolçusu Əkbər Eyubov avtoqol müəllifi olub. Digər qolu isə Seydina Keyta 45+5-ci dəqiqədə fərqlənib.
Bu qələbə sayəsində "qırmızı-qaralar" 2026/2027 mövsümündə də yüksək dəstədə çıxış etmək hüququ qazanıb.
Xatırladaq ki, geridə qalan mövsümü "Qəbələ" Premyer Liqada 11-ci, "Mingəçevir" isə I Liqada 2-ci pillədə başa vurub.

