“Sabah” və Coy-Lens Mikelsin yeni müqavilə barədə gec razılığa gəlməsinin səbəbi bəlli olub.
Prosport.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu Türkiyədən çox sərfəli təklif alıb.
Onu “Bursaspor” rənglərinə bağlamaq istəyib. Hətta “ağ-yaşıllar” forvarda illik 600 min avro məvacib təklif edib.
Lakin Mikels bundan xeyli aşağı məbləğə “Sabah”da qalmağa razılıq verib.
Qeyd edək ki, yeni müqavilənin müddəti 2 ildir.

