"Sabah" futbolçusu Coy-Lens Mikelslə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, almaniyalı hücumçu ilə imzalanmış yeni sözləşmənin müddəti 2 ildir.
Xatırladaq ki, Mikels "Sabah"ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.
Ruanda millisinin də üzvü olan futbolçu "Sabah" forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.

