"Neftçi"dən ayrılan Vensan Abubakar karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Prosport.Az Afrika mətbuatına istinadən xəbər verir ki, kamerunlu futbolçu I Liqaya vəsiqə qazanan "Bursaspor"un maraq dairəsindədir.
Bu yaxınlarda "Qarabağ"dan Toral Bayramovu transfer edən Bursa şəhərinin eyniadlı təmsilçisi afrikalı hücumçunu da heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Vensan Abubabakar daha əvvəl Türkiyədə "Beşiktaş" və "Hatayspor" klublarının formasını geyinib.

