Qazaxıstan mətbuatının iddiasına görə, Stas Pokatilov "Sabah"da qalmaq üçün bir neçə təklifi rədd edib.
Prosport.Az asnews.kz saytına istinadən xəbər verir ki, qazaxıstanlı qolkiperə bir neçə klubdan real təklif olsa da, o, karyerasına Azərbaycan çempionunun heyətində davam etmək istəyib.
İddiaya görə, 33 yaşlı qapıçıya “Aktobe”, “Elimay”, "Tobol", eləcə də Rusiya və Türkiyə liqalarından 2 komanda təklif irəli sürüb. Lakin o, “Sabah"la müqaviləsinin müddətini 2027-ci il iyunun 30-na qədər artırıb.
Qeyd edək ki, Stas Pokatilov "Sabah"dan əvvəl “Akjayik”, “Şaxtyor” (Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat” və “Tobol” klublarının qapısını qoruyub.

