“Turan Tovuz” futbolçusu Hayderson Hurtado ilə müqaviləni uzadıb.
Prosport.Az xəbər verir ki, bu barədə kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayına kimidir.
Qeyd edək ki, 2025-ci ildən “Turan Tovuz”da çıxış edən Hurtado başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 32 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

