"Şəfa" baş məşqçisi Elgiz Kərəmli ilə yolları ayırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Şəfa" Elgiz Kərəmlinin baş məşqçiliyi ilə geridə qalan mövsümdə I Liqanın qalibi olub və Premyer Liqaya yüksəlib.

